Vətən müharibəsində itkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşib

SİYASƏT

15 Yanvar 2021 10:08

Oxunma sayi: 676
Vətən müharibəsində itkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşib

Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu məlum olub.

 

Azmedia.az  xəbər verir ki, Həsənağa Abdullazadə 3 ay idi ki itkin hesab edilirdi.

Onun bu gün şəhid olduğu müəyyənləşib. Şəhid II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Həsənağa Abdullazadə 1993-ci ildə Lənkəran şəhərində doğulub. Ailəli idi.

Ailəsi onunla sonuncu dəfə oktyabrın 1-də danışıb.

O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!