Vətən Müharibəsində şəhid olan cüdoçumuz Zaur Mədətov yenə ən yüksək kürsüyə qalxdı

SİYASƏT

12 Yanvar 2021 18:43

Oxunma sayi: 764
Vətən Müharibəsində şəhid olan cüdoçumuz   Zaur Mədətov yenə ən yüksək kürsüyə qalxdı

Müharibəyə qədər bacarığı və əzmi ilə müxtəlif idman yarışlarında bayrağımızı ucalardan uca edib. Ən yüksək kürsülərdən qürurla bayrağımıza tamaşa edib. Himnimizi səsləndirib. Onun bir arzusu da Qarabağda Azərbaycan bayrağını dalğalandırmaq idi. Müharibəyə qatılan cüdoçu Zaur Mədətov burada rəqiblərin ən çox gözləniləni qəddar düşməni məğlub edənlərdən olur. Yenə ən yüksək kürsüyə qalxır. Bu dəfə qalib vətənin şəhid oğlu kimi.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, Abşeron rayon Xırdalan şəhər sakini, 21 yaşlı şəhid Zaur Mədətov hələ uşaq yaşlarından vətənə olan sevgisi ilə seçilib. Hərbi xidmətə yola düşəndə sevincinin həddi-hüdudu olmayıb. Könüllü olaraq xidmət edən şəhidimiz Füzuli və Cəbrayılın azad olunmasında fəal iştirak edib. Cəsurluğu ilə döyüş yoldaşlarına örnək olan Zaur Mədətov oktiyabrın 8-də Füzulidə qəhrəmancasına şəhid olub.

Zaur Mədətov idmançı olub. Cüdo idman növü üzrə Respublika və Dünya yarışlarında qalibiyyət əldə edərək medallar qazanıb. "Zəhmətkeş, vətənpərvər, dağ vüqarlı qardaşımı itirdim, Vətən sağolsun",- deyir qardaşı.

21 yaşlı şəhid Zaur Mədətov Sumqayıtda şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra "vətən uğrunda " və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!