Vətən müharibəsindən qayıdan döyüşçü vəkilliyə qəbul olundu FOTO

SİYASƏT

29 Dekabr 2020 18:02

Oxunma sayi: 832
Vətən müharibəsindən qayıdan döyüşçü vəkilliyə qəbul olundu   FOTO

Vəkillər Kollegiyası üzvlərinin konfransı keçirilib.

 

Azmedia.az  xəbər verir ki, onlayn tədbiri giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın böyük Qələbəsi münasibətilə konfrans iştirakçılarını təbrik edib.

Anar Bağırov qeyd edib ki, ölkə başçısının müvafiq fərman və sərəncamları ilə məhkəmə-hüquq sahəsində aparılan islahatlar vəkilliyin nüfuzunun artmasına səbəb olub.

Daha sonra Anar Bağırov bildirib ki, Vəkillər Kollegiyasının 7 üzvü könüllü şəkildə döyüşlərə qatılıb, onlardan bir neçəsi Dövlət başçısının sərəncamları ilə “Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif ediliblər.

Anar Bağırov həmçinin Qarabağda yeni vəkil qurumlarının yaradılması ilə əlaqəli məsələni də konfrans iştirakçılarının diqqətinə çatdırıb. O bildirib ki, artıq Qarabağ vəkil bürosu yaradılıb və o, Şuşada yerləşəcək.

Konfransda həmçinin təntənəli andiçmə mərasimi də keçirilib. Belə ki, Vətən müharibəsində iştirak edən, ordudan yeni təxris olunmuş “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuş vəkilliyə namizəd Elvin Məhərrəmov təntənəli şəkildə vəkil andı içərək vəkilliyə qəbul olunub.

Eyni zamanda Anar Bağırov qeyd etmişdir ki, son bir il ərzində isə regionlarda 2, paytaxtda 8 yeni vəkil qurumu fəaliyyətə başlayıb, ölkə üzrə vəkil qurumlarının sayı 99-a çatıb. Son 3 ildə 3 Regional Vəkil Bürosu yaradılıb.
Bunlardan başqa digər mühüm məsələlər konfransda müzakirə olunub, Rəyasət Heyətinin 3 illik hesabatı vəkillərə təqdim olunib.

Konfransda Anar Bağırov tərəfindən həmçinin Vəkillər Kollegiyasının üzvü Elçin Usubun Vəkillər Kollegiyası Rəyasət Heyətinə, Abbas Kərimbəylinin isə Vəkillərin İntizam Komissiyasına üzvlüyü təklif edilib. Hər iki təklif yekdilliklə qəbul edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!