Vətən müharibəsinin ilk günü şəhid olan 30 yaşlı hərbçinin ailəsi: “Övladını görə bilmədi” VİDEO

SİYASƏT

08 Yanvar 2021 16:32

Oxunma sayi: 747
Vətən müharibəsinin ilk günü şəhid olan 30 yaşlı hərbçinin ailəsi:     “Övladını görə bilmədi”   VİDEO

Vətən müharibəsinin ilk günü şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri Toğrul Abbasovdur.

 

Ağcəbədi rayonunun Hacıbədəli kəndində doğulan T.Abbasov kiçik yaşlarından anasını itirdiyi üçün sevgisini ana vətəninə bağlayır.

Sevdiyi vətəni uğrunda mübarizəyə qoşulan 30 yaşlı Toğrul Abbasov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

Yeni ailə quran Toğrul öz övladını görmədən vətən torpağı onu əbədiyyən qoynuna aldı.

Qızı olarsa, adını Yağmur qoymaq istəyirdi. Ailəsi onun son arzusunu yerinə yetirdi.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!