Vətən müharibəsinin qəhrəmanı: “Düşmən hər zaman qorxu içində yaşayıb“ FOTO

SİYASƏT

24 Dekabr 2020 18:00

Oxunma sayi: 713
Vətən müharibəsinin qəhrəmanı:       “Düşmən hər zaman qorxu içində yaşayıb“   FOTO

"Onlar hər zaman qorxu içində yaşayıblar. Bilirdilər ki, axır əvvəl Qarabağ Azərbaycanındır".


Bu barədə MediaBaku.az-a müsahibəsində Vətən müharibəsi döyüşçüsü Azad Səbzəlyev bildirib.

- Azad bəy, 44 günlük müharibə barədə təəssuratlarınızı bölüşərdiniz. Necə oldu ki, könüllü getmək qərarına gəldiniz?

- Səbzəliyev Azad Azər oğlu. Tovuz hadisələrindən sonra səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət komitəsinə müraciət etdim. Evin tək övladı olduğum üçün qəbul etmədilər. Hər şeyə rəğmən 3 dəfə adımı yazdırdıqdan sonra qəbul olundum.

- Döyüşçü kimi xüsusi yadda qalan hər hansısa bir əməliyyatı xatırlayırsınızmı?

- Qubadlı istiqamətində döyüşlərdə iştirak etdik. Əslində Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın istiqamətində olmuşam, amma sadəcə Qubadlı istiqamətində döyüşlərdə iştirak etdim.

- Bizi düşməndən üstün edən nədir?

- Bizi düşməndən üstün edən Şanlı AZƏRBAYCAN ƏSGƏRİNİN komandiri düzgün və səlist şəkildə yerinə yetirməsi, ayıq sayıq olması. Düşmən hər zaman qorxu içində yaşayıb. Bilirdilər ki, axır əvvəl Qarabağ Azərbaycanın olacaq.

- Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçıları ilə sizi nə fərqləndirir?

- Specnaz irəliləyirdi bizdə onların arxası ilə. Yeri gəldikdə kömək də edirdik. Təki vətən sağ olsun. Şəhidlərimizə Allah rəhmət eləsin. Şəhid analarının əlindən öpürəm.

- Yaxşı döyüşçü nə etməlidir?

- Yaxşı döyüşçü odur ki, bayaq vurğuladığım kimi böyük rəislərini, komandasını düzgün şəkildə yerinə yetirməsi, ayıq - sayıq olması, bütün komandaları düzgün yerinə yetirməsi, yaxşı döyüşçü budur. Bir də belə bir misal var "təlimlər də tökülən tər döyüş də zəfər çalmaq deməkdir".

- Təşəkkür edirəm.

- Vaxtınızı aldığım üçün haqqınızı halal edin.

- Siz haqqınızı bizə halal edin. Bizim üçün döyüşmüsünüz.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!