Vəzifəli şəxslərin NƏZƏRİNƏ: maliyyə xarakterli məlumatlar...

SİYASƏT

12 Mart 2021 11:15

Oxunma sayi: 593
Vəzifəli şəxslərin NƏZƏRİNƏ:     maliyyə xarakterli məlumatlar...

"Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində vəzifəli şəxslər tərəfindən müvafiq bəyannamələrin təqdim edilməsi barədə normativ-hüquqi akt layihələri hazırlanıb.


Azmedia.Az trend-ə istinadən bildirir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.


Hesabatda bildirilir ki, hazırda layihələr müvafiq qurumlarla razılaşdırma mərhələsindədir.


Ötən müddətdə baş verən dəyişikliklər nəzərə alınmaqla, qeyd olunan layihələrdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyayay maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxslərin siyahısı yenidən işlənilib. Eyni zamanda, maliyyə bəyannaməsinə daxil edilən məlumatların dairəsi dəqiqləşdirilib. Bununla yanaşı, maliyyə xarakterli məlumatların təqdim edilməsi müddətləri və bu məlumatların təqdim edilməsinə nəzarətlə bağlı yeni tənzimlənmələr və s. nəzərdə tutulub. Layihələrdə vəzifəli şəxslərin maliyyə xarakterli məlumatlar haqqında bəyannaməsinin təqdim edilməsi qaydaları və forması da müəyyən edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!