Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edildi

SİYASƏT

19 Fevral 2021 00:15

Oxunma sayi: 659
Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edildi

Qatı millətçi mövqeyilə tanınan “Rossiya 1” telekanalının aparıcısı Vladimir Solovyov Latviyada arzuolunmaz şəxs elan edilib.

 

Azmedia.Az xəbər verir ki , bu barədə “RİA Novosti” Latviya XİN rəhbəri Edqar Rinkeviçin sosial şəbəkələrdəki bəyanatına əsasən məlumat verib.

 

Məlumata əsasən, jurnalist Latviya hökumətinin qərarından məhkəməyə şikayət etmək fikrindədir.

 

“İndi düşünmək lazımdır ki, kimi məhkəməyə verəsən, kiminlə çəkişəsən”, - deyə Solovyov bildirib. Jurnalist onun verilişinin Latviyada yayımlanmadığını da qeyd edib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!