Vladimir Zelenski Maya Sandu ilə görüşüb

SİYASƏT

12 Yanvar 2021 15:05

Oxunma sayi: 604
Vladimir Zelenski Maya Sandu ilə görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsində səfərdə olan Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu ilə görüşüb.

 

Azmedia.Az-ın xəbərinə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski "Twitter"də bildirib.

 

“Bu, iki ölkə arasında yeni münasibətlərin başlanğıcıdır. Bizi ortaq dəyərlər və Avropa ilə münasibətlərdə gündəlikdə duran məsələlər birləşdirir. Biz Moldova prezidentinin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və Krımın Ukrayna olması ilə bağlı yanaşmasını yüksək dəyərləndiririk", - deyə V. Zelenski qeyd edib.

 

M. Sandu Kiyevə səfəri çərçivəsində Ukraynanın baş naziri və ölkə parlamentinin sədri ilə də görüşəcək.

 

Xatırladaq ki, Moldova prezidenti Ukraynaya avtomobillə səfər edib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!