Vüqar Səfərli ilə birgə həbs edilən şirkət rəhbəri azadlığa çıxmaq istəyir

ÖLKƏ

16 Aprel 2024 13:54

Oxunma sayi: 149
Vüqar Səfərli ilə birgə həbs edilən şirkət rəhbəri azadlığa çıxmaq istəyir

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq direktoru Vüqar Səfərli ilə birgə məhkum edilmiş “Portos” MMC-nin direktoru Nadir Məmmədov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.

Azmedia.Az APA-ya istinadla xəbər verir ki, müraciətə Binəqədi rayon Məhkəməsində baxılıb.

Məhkəmədə müdafiə tərəfinin müraciətdə Nadir Məmmədovun səhhəti ilə bağlı çəkilməmiş cəzasının şərti hesab edilərək azadlığa buraxılması istənilib.

Məhkəmə iş üzrə Nadir Məmmədovun səhhəti ilə bağlı ekspertiza təyin edib. Bu səbəbdən proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qeyd edək ki, “Portos” MMC-nin direktoru Nadir Məmmədov 2021-ci ildə həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə təqsirli bilinir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nadir Məmmədov 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!