“WhatsApp“ istifadəçilərini sevindirəcək daha bir YENİLİK

MARAQLI

29 Mart 2024 21:17

Oxunma sayi: 268
“WhatsApp“ istifadəçilərini sevindirəcək daha bir  YENİLİK

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək.

AzmediA.az baku.ws-ə istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Məlumata görə, "WhatsApp" çatlar siyahısında yeni bölmə təqdim edəcək. Bu bölmədə söhbətə başlamaq üçün ünvan kitabçasından təklif olunan yeni kontaktlar göstəriləcək və yeni söhbətlərin başlaması asanlaşdıracaq.

Mütəxəssislərin fikrincə, istifadəçilər yeni qarşılıqlı əlaqə üçün təkliflər almamağa üstünlük verərsə, yeni bölmə istənilən vaxt parametrlərdə silinə bilər. Yeni funksiya inkişaf mərhələsindədir. Onun Android cihazları üçün gələcək proqram yeniləməsində mövcud olacağı gözlənilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!