“WhatsApp” yenilik edir: “Android” telefon “iPad”ə qoşulacaq FOTO

İKT

06 İyun 2023 14:23

Oxunma sayi: 741
“WhatsApp” yenilik edir:  “Android” telefon “iPad”ə qoşulacaq   FOTO

“WhatsApp” yenilikləri ilə istifadəçiləri sevindirməyə davam edir. Növbəti dəyişiklik “iPad” planşetinin xidməti hesablarla uzlaşmaq imkanı ilə bağlıdır.

Belə ki, yeni funksiya ilə “iPad” planşeti “Android” əməliyyat sistemli cihazlara bağlanacaq.

Ekspertlərin sözlərinə görə, bu zaman “iPad” qoşulu cihaz kimi tanınacaq.

Bundan başqa, “WhatsApp”ın “iPad”a uyğun proqramlar hazırlayacağı da proqnozlaşdırılıb.

Qeyd edilir ki, hazırda funksiya inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində “beta” testerlərə təqdim olunacaq.

Yeniliyin bütün istifadəçilər üçün tam olaraq nə vaxt əlçatan olacağı hələ bildirilməyib.

 

Mənbə: WABetaInfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!