“Whatsapp”da sevindirəcək yenilik: Smartfonda eyni anda bir neçə hesaba girmək imkanı FOTO

İKT

17 İyun 2023 21:20

Oxunma sayi: 943
“Whatsapp”da sevindirəcək yenilik:  Smartfonda eyni anda bir neçə hesaba girmək imkanı   FOTO

Məşhur “WhatsApp” mesencerinin tərtibatçıları bir cihazdan eyni anda bir neçə hesaba qoşulma imkanı əlavə etməyi planlaşdırırlar.

Yenilik “Android” cihazları üçün “beta” 2.23.13.5 versiyasında görünüb.

Bildirilir ki, bu funksiya birdən çox hesabı idarə etməyi asanlaşdıracaq.

Yeni funksiya sayəsində mesencer istifadəçiləri bir cihazda iki və ya daha çox hesaba daxil ola biləcəklər. Bunu etmək üçün proqramda bir menyu görünəcək, üzərinə klikləməklə istənilən profili seçmək olur.

Yeni funksiyanın mesencerin bütün istifadəçiləri üçün nə vaxt əlçatan olacağı barədə məlumat verilmir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!