“WhatsApp“da YENİ FUNKSİYA - Onlayn olan şəxslər...

MARAQLI

17 Aprel 2024 16:48

Oxunma sayi: 433
“WhatsApp“da YENİ FUNKSİYA -  Onlayn olan şəxslər...

Dünyanın ən məşhur ani mesajlaşma proqramı olan "WhatsApp", istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.

Azmedia.Az Sfera.az-a istinadən xəbər verir ki, proqramın Android beta versiyasında onlayn olan istifadəçilərin siyahısını görmək mümkün olacaq.

Siyahı proqramın “kontaktlar” bölməsində görünəcək. Hazırda onlayn olan şəxslər isə siyahıda əvvəldə görünəcəklər.

Funksiyanın aktivləşməsindən sonra hansısa istifadəçinin onlayn olub-olmadığına baxmaq daha asan olacaq. Yenilik artıq bəzi istifadəçilər üçün əlçatandır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!