“WhatsApp”dan video ilə bağlı çoxdan gözlənilən yenilik FOTO

MARAQLI

04 İyul 2023 10:20

Oxunma sayi: 572
“WhatsApp”dan video ilə bağlı çoxdan gözlənilən yenilik  FOTO

“WhatsApp” istifadəçilərə çoxdan gözlənilən imkan təqdim edir. Belə ki, artıq mesencerlə videoları yüksək keyfiyyətdə göndərmək mümkün olacaq.

Məlumata görə, istifadəçilər göndərdikləri videoların keyfiyyətini özləri seçə biləcəklər.

 

 

Ancaq “yüksək keyfiyyət” seçimində belə fayllarda sıxılma olacaq.

“Seçim istifadəçilərə videoları orijinal keyfiyyətində paylaşmağa imkan vermir, lakin yeni funksiya ilə o, xeyli təkmilləşdirilib”, - deyə ekspertlər izah ediblər.

 

 

Qeyd olunur ki, videoların yüksək keyfiyyətdə göndərilməsi funksiyası statuslara şamil edilməyəcək.

“WhatsApp”ın yeni funksiyası “iOS” əsaslı mesencerin “beta” versiyasının yeniləməsində işləkdir. Funksiya inkişaf mərhələsindədir, tətbiqin gələcək yeniləməsində yeni variant tətbiq oluna bilər.

Mənbə: WABetaInfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!