“WhatsApp”dan yenilik: Naməlum nömrələrdən zəng etmək mümkün olmayacaq FOTO

İKT

06 May 2023 18:48

Oxunma sayi: 900
“WhatsApp”dan yenilik:  Naməlum nömrələrdən zəng etmək mümkün olmayacaq   FOTO

“WhatsApp” artıq məxfilik parametrlərinə aid yeni funksiyaya malikdir.

Burada naməlum nömrələrdən gələn zəngləri susdurmağa imkan verilir.

Parametr messencerin “Android” üçün 2.23.10.7 nömrəli beta versiyasının sınaq mütəxəssisləri tərəfindən sınaqdan keçirilib. Bu yenilik sayəsində istifadəçi zənglərin qəbuluna nəzarət edə bilir. İstənməyən kontaktdan zənglər faktiki olaraq daxil olmayacaq, lakin belə zənglər hələ də bildiriş mərkəzində göstəriləcək.

Bu filtri quraşdırmaq üçün məxfilik parametrlərinə keçməlisiniz.

Yaxın günlərdə funksiya “iOS” smartfonlarının sahibləri də daxil olmaqla, geniş istifadəçilər üçün əlçatan olacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!