Xankəndidə “arsax” şüarları: Qondarma rejim kütləvi yürüş təşkil etdi FOTOLAR

SİYASƏT

21 Fevral 2021 02:00

Oxunma sayi: 656
Xankəndidə “arsax” şüarları:       Qondarma rejim kütləvi yürüş təşkil etdi   FOTOLAR

Xankəndidə yaşayan ermənilər Rusiya sülhməramlılarının müşayiəti ilə “milli azadlıq hərakatlarının” ildönümünü qeyd ediblər.


Azmedia.Az Qazet.az-a istinadən xəbər verir ki, separatçılar Xankəndidəki İntibah Meydanına yürüş ediblər. Yürüşdə iştirak edən yüzlərlə erməni əllərində qondarma “arsax” bayraqları və güllər tutublar. Yürüşün sonunda müharibədə həlak olan separatçıların məzarları ziyarət edilib.


Yürüşün əsas şüarı “arsaxın gələcəyi” və “birlik” olub. 33 illik ildönümdə qondarma “dqr” rəsmiləri də iştirak edib. Yürüşə Azərbaycanın beynəlxalq axtarışa verdiyi terrorçu Araik Arutunyan da qoşulub. Tədbirdə paylaşılan fotolarda qondarma “dqr” bayraqlarının Xankəndi küçələrini “bəzədiyi” nəzərə çarpır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!