Xarici diplomatlar Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi ilə tanış olublar YENİLƏNİB + FOTO

SİYASƏT

31 May 2022 11:33

Oxunma sayi: 395
Xarici diplomatlar Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi ilə tanış olublar   YENİLƏNİB + FOTO

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi ilə tanış olublar.

Azmedia.az  xəbər verir ki, tikinti işlərinin 2024-2025-ci illərədək tamamlanması planlaşdırılır.

Yol istifadəyə verildikdən sonra Toğanalıdan İstisuyadək gediş müddəti 45 dəqiqə - 1 saat təşkil edəcək.

****

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb.

“Report” xəbər verir ki, səfərin məqsədi diplomatları Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə törədilmiş vandalizm aktları barədə məlumatlandırmaqdır.

Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.

Kəlbəcərə səfər Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə sayca doqquzuncu səfəridir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!