Xersonda küçəyə Jirinovskinin adı verilə bilər

SİYASƏT

11 May 2022 19:20

Oxunma sayi: 398
Xersonda küçəyə Jirinovskinin adı verilə bilər

Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçən Xersonda küçələrdən birinə rusiyalı siyasətçi Vladimir Jirinovskinin adının verilməsi planlaşdırılır.

Azmedia.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Xerson vilayətinin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

Qeyd edək ki, rusiyalı hərbçilər hərbi əməliyyat nəticəsində Ukraynanın cənubunda Xerson vilayətinin bütün ərazisinə nəzarəti ələ keçirib.

Xatırladaq ki, Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski cari ilin aprelin 6-sı 76 yaşında dünyasını dəyişib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!