Xocalı yol idarəsinin əməkdaşı minaya düşüb: Ölən var

SİYASƏT

14 Yanvar 2021 10:18

Oxunma sayi: 1034
Xocalı yol idarəsinin əməkdaşı minaya düşüb:    Ölən var

Yanvarın 13-də saat 11 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə Tərtər rayon Prokurorluğuna məlumat daxil olub.

 

Tərtər Rayon Prokurorluğundan  verilən məlumata görə, aparımış araşdırmalarla müyyən edilib ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğaldan azad edilmiş Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi “LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!