Xocavənddə top mərmiləri aşkar edilib FOTO

SİYASƏT

10 Fevral 2022 19:05

Oxunma sayi: 425
Xocavənddə top mərmiləri aşkar edilib   FOTO

Xocavənddə ermənilərin atıb qaçdığı top mərmiləri aşkarlanıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Zoğalbulaq kəndi ərazisindəki tərk edilən hərbi mövqedən erməni ordusuna məxsus atəşə yararlı top mərmiləri aşkar edilib.

Aşkar edilən 11 top mərmisi və minaatan mərmilərinin istifadəsi üçün nəzərdə tutulan 1 sandıq barıt atımı aidiyyəti üzrə təhvil verilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!