Yaralı dostunu xilas edərkən şəhid olan 20 yaşlı Səxavət VİDEO

SİYASƏT

20 Dekabr 2020 15:30

Oxunma sayi: 872
Yaralı dostunu xilas edərkən şəhid olan 20 yaşlı Səxavət   VİDEO

Qələbəmizdə payı olan igidlərimizdən biri də 20 yaşlı Səxavət Abbasovdur. 

 

“Baku TV” şəhidimizin ailəsindən reportaj hazırlayıb. 

Səxavət evin yeganə övladı olub. Anası Maisə Abbasova deyir ki, hələ də oğlunun ölümünə inanmır, ümid edir ki, bu, böyük səhv olub. 

Səxavətin döyüş yoldaşları deyir ki, o, gənc olmasına baxmayaraq, etdikləri haqqında bir dastan yazmaq olar. 

Səxavətin sonuncu döyüşü Ərgünəş dağı ətrafında olub. O, yaralı döyüş yoldaşını xilas edərkən düşmənin atdığı mərmi hər ikisinin həyatına son qoyub.

O, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb. 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!