Yaralı əsgərlərimizdən qürurverici addım Hamı onlardan danışır

SİYASƏT

28 Sentyabr 2020 11:26

Oxunma sayi: 509
Yaralı əsgərlərimizdən qürurverici addım   Hamı onlardan danışır

Horadiz şəhərindəki xəstəxanada qürurverici hadisə baş verib.

Azmedia.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Real TV"-yə millət vəkili Vüqar Bayramov danışıb.

Onun sözlərinə görə, yüngül yaralanan iki hərbçimiz ilkin tibbi müdaxilədən sonra xəstəxananı tərk ediblər.

Həkimlər nə qədər dil töksələr də, hərbçilər könüllü şəkildə döyüş bölgəsinə qayıdıblar.

Onlar bir neçə gün xəstəxanada qalmaqdan könüllü imtina edərək öz əsgər yoldaşı və vətəninə olan sədaqətlərini nümayiş etdiriblər.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!