Yaralı komandirinə kömək edərkən şəhid olan Azər Qasımov İki medalla təltif edilib

SİYASƏT

28 Dekabr 2020 15:22

Oxunma sayi: 955
Yaralı komandirinə kömək edərkən şəhid olan Azər Qasımov   İki medalla təltif edilib

Vətən uğrunda qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Azər Qasımovdur.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, Azər 1979-cu ildə Tərtər rayonunun Yenikənd kəndində anadan olub.

O, 2014- ci ildən müddətdən artıq hərbi qulluqçu kimi Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 2016- cı ildə Aprel döyüşlərində iştirak edərək xüsusi medalla təltif edilib. 41 yaşlı hərbçi Vətən müharibəsi uğrunda gedən döyüşlərdə iştirak edərək adını qəhrəmanlıq tarixinə yazıb.

O, Tərtərin Suqovusan kəndi uğrunda və ətraf yüksəkliklərin alınmasında iştirak edib. Azər döyüşlərdə iki dəfə yaralanıb, amma yenidən döyüşlərə qatılıb. Sonuncu dəfə öz yaralı komandirini döyüş meydanından çıxararkən Ermənistan ordusu tərəfindən açılan snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.

Azər ailəlidir, 4 övladı var. Ailəsi və bütün Azərbaycan qəhrəman şəhidimizlə fəxr edir.

Prezidentin sərəncamı ilə Azər Qasımov ''Vətən uğrunda'' və ''Cəsur döyüşçü'' medalları ilə təltif edilib.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!