“Yaralı olsam da, dəhşətli işgəncə verirdilər“ Əsirlikdə olan Bayram Kərimov

SİYASƏT

05 Yanvar 2021 15:51

Oxunma sayi: 669
“Yaralı olsam da, dəhşətli işgəncə verirdilər“   Əsirlikdə olan Bayram Kərimov

Döyüş başlayanda Şuşada yaralandım. 2 gün yaralı qaldım, əsir düşdüm.

 

Azmedia.az bildirir ki, bunu erməni əsirliyindən qaytarılan Azərbaycan əsgəri Bayram Kərimov deyib.

O bildirib ki, Şuşada əsir götürülərkən huşunu itirib: "Gözümü açanda gördüm ki, Ermənistandayam. Ayağıma iynə batırırdılar. Dəhşətli işgəncələr verirdilər mənə. Heç nəyə baxmırdılar. Yaralı olsam da, dəhşətli işgəncə verirdilər. Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, məni ailəmə, vətənimə qaytardı".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!