Yardımlıda İdman Kompleksinin tikintisinin başa çatdırılmasına vəsait ayrılıb

SİYASƏT

03 Dekabr 2019 16:33

Oxunma sayi: 903
Yardımlıda İdman Kompleksinin tikintisinin başa çatdırılmasına vəsait ayrılıb

Prezident İlham Əliyev Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 7 511 400 manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılsın.

 

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!