YAŞAT Fondu: “Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir“

SİYASƏT

25 Aprel 2022 11:28

Oxunma sayi: 396
YAŞAT Fondu:  “Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir“

"Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir".

Xəbərə görə, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, ümumilikdə, YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib:

"Onlardan 132 nəfərinin müalicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!