Yeltsinin kürəkəni Rusiya prezidentinin müşaviri vəzifəsini tərk etdi

SİYASƏT

31 May 2022 02:46

Oxunma sayi: 275
Yeltsinin kürəkəni Rusiya prezidentinin müşaviri vəzifəsini tərk etdi

Rusiyanın keçmiş prezidenti Boris Yeltsinin kürəkəni Valentin Yumaşev ötən ay Rusiya prezidentinin müşaviri vəzifəsindən istefa verib.

Bu barədə “Reuters” agentliyi Yumaşevin yaxın çevrəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, istefa Yumaşevin təşəbbüsü ilə baş tutub.

Qeyd edək ki, Boris Yeltsin 1991-1999-cu illərdə Rusiya prezidenti olub. Onun kürəkəni Valentin Yumaşev Kremldə müşavir vəzifəsində çalışıb və prezident administrasiyasına rəhbərlik edib. Agentlik yazır ki, o, Vladimir Putinin dövründə qərarların qəbul edilməsində böyük rol oynamayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!