Yeni Ombudsman: “Pozulmuş insan hüquq və azadlıqlarının bərpası bu işin mühüm tərkib hissələrindəndir“

SİYASƏT

29 Noyabr 2019 13:06

Oxunma sayi: 504
Yeni Ombudsman: “Pozulmuş insan hüquq və azadlıqlarının bərpası bu işin mühüm tərkib hissələrindəndir“

Azərbaycanda yeni seçilən Ombudsman Səbinə Əliyeva bu gün Milli Məclisdə and içib.


Azmedia.az Trend-ə istinadən xəbər verir ki, S.Əliyeva andiçmə mərasimində bildirib ki, öz vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirəcək: "Əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətimizdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm".


O qeyd edib ki, bu baxımdan vətəndaşlar, habelə əhalinin müxtəlif qrupları, o cümlədən yetkinlik yaşına çatmayanlar, əlillər və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi insan hüquqları üzrə müvəkkilinin işinin priorotet istiqaməti olaraq qalmaqdadır: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüquq və azadlıqlarının bərpası bu işin mühüm tərkib hissələrindəndir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!