Yeni Zelandiya Rusiyaya qarşı sanksiya tətbiq edəcək

SİYASƏT

07 Mart 2022 15:03

Oxunma sayi: 233
Yeni Zelandiya Rusiyaya qarşı sanksiya tətbiq edəcək

Bu gün Yeni Zelandiya hökuməti Ukraynanın işğalına görə Rusiyaya sanksiya tətbiq edilməsinə imkan verən qanun layihəsini qəbul edəcək.

Azmedia.Az-ın "Reuters"ə istinadən xəbərinə görə, bu barədə ölkənin Baş naziri Cakinda Ardern bildirib.

Qanun qəbul edildiyi təqdirdə bu, Yeni Zelandiyanın fərdi qaydada başqa bir ölkəyə ilk dəfə sanksiya tətbiq etməsi olacaq.

Baş nazir Cakinda Ardern bildirib ki, sanksiyalar Yeni Zelandiyadakı Rusiyaya məxsus aktivlərin dondurulmasına, şəxslərə və şirkətlərə başqa ölkələrin sanksiyalarından yayınmaq üçün ölkəyə pul köçürməsinə, super yaxtaların, gəmilərin və təyyarələrin ölkənin hava və su məkanına daxil olmasını dayandırmağa imkan verəcək.

Eyni zamanda, sanksiyalar siyahısında Yeni Zelandiyaya daxil olması qadağan edilmiş 100 şəxsin adının qeyd edildiyi bildirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!