Yevlaxda qətl hadisəsi baş verib - FOTO

ÖLKƏ

07 Aprel 2024 09:30

Oxunma sayi: 335
Yevlaxda qətl hadisəsi baş verib -  FOTO

Yevlaxda qətl hadisəsi baş verib. 

Azmedia.Az-ın məlumatına görə, hadisə Əkşəm kəndində qeydə alınıb. 

Belə ki, mübahisə zamanı kənd sakini 1996-cı il təvəllüd Bayramlı Şəhriyar Zahid oğlu həmkəndlisi 2000-ci il təvəllüdlü Orucov Musa Mahir oğlunu bıçaqlayaraq öldürüb. Qeyd edək ki, ölən subay, öldürən evlidir. Hadisəyə səbəb kafedə söyüş üstündə başlayan mübahisədir. 

Şəhriyar Bayramlı həmkəndlisi Musa Orucovu evindən çölə çağıraraq onu bıçaqlayıb. Musa Oruclu xəstəxanaya aparılarkən qanaxmadan ölüb.

Qətli törədən Bayramlı Şəhriyar Zahid oğlu hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Orucov Musa Mahir oğlunu Fotosu:

Faktla bağlı araşdırma başlanıb.

 

Ehtiram Muradov

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!