Yunanıstan 12 rusiyalı diplomatı ölkədən çıxarır

SİYASƏT

06 Aprel 2022 14:14

Oxunma sayi: 310
Yunanıstan 12 rusiyalı diplomatı ölkədən çıxarır

Yunanıstan 12 rusiyalı diplomatın ölkədən çıxarılmasına dair qərar verib.

Azmedia.Az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd edək ki, İtaliya, İsveç, İspaniya, Latviya, Estoniya və Rumıniya da rusiyalı diplomatları ölkədən çıxarırlar.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova isə bildirib ki, Moskva Rusiyaya qarşı edilən hər bir qeyri-dost hərəkətə müvafiq cavab verəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!