Zakir Həsənov pakistanlı həmkarına başsağlığı verib

SİYASƏT

28 Dekabr 2020 08:30

Oxunma sayi: 610
Zakir Həsənov pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Federal Müdafiə naziri cənab Pervez Xattaka və Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razaya hərbi helikopterin qəzaya uğraması nəticəsində Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması ilə bağlı başsağlığı ünvanlayıb.


Müdafiə Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, başsağlığında deyilir:


“Hərbi helikopterin qəzaya uğraması nəticəsində qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin.”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!