Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək

SİYASƏT

13 Avqust 2020 18:25

Oxunma sayi: 303
Zakir Həsənov:         Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək

Türkiyə ilə Azərbaycan eyni millət, eyni din, dil və mədəniyyətə sahibdir.

 

Azmedia.az  Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyə-Azərbaycan birgə təlimlərinin iştirakçıları ilə görüşü zamanı deyib.

 

O bildirib ki, Türkiyə Ordusu dünyanın ən güclü ordularından biridir:

 

"Bəxtimiz onda gətirib ki, biz bu güclü ordu ilə təcrübə bölüşürük. Türkiyə Silahlı Qüvvələri bu gün bütün dünyaya öz gücünü Suriyada, İraqda, Liviyada göstərib. İnşallah, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!