Zakir Həsənov Türkiyədə Hulusi Akarla görüşdü FOTO/VİDEO

SİYASƏT

08 İyun 2022 23:51

Oxunma sayi: 508
Zakir Həsənov Türkiyədə Hulusi Akarla görüşdü   FOTO/VİDEO

Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin ən böyük təlimlərindən biri olan "EFES-2022" təlimini izləmək üçün Türkiyədə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Azmedia.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitterində paylaşım edilib.

Görüş zamanı ikitərəfli və regional müdafiə, təhlükəsizlik məsələləri, xüsusilə, hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!