Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başladı

SİYASƏT

21 Yanvar 2020 11:26

Oxunma sayi: 220
Zakir Həsənovun Gürcüstana rəsmi səfəri başladı

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

 

Bu barədə Azmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Səfər Gürcüstan Müdafiə naziri İrakli Qaribaşvilinin dəvəti ilə həyata keçirilir.

 

Səfər çərçivəsində Müdafiə naziri qonşu ölkənin hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərdə ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!