Zaxarova: “Bakı və İrəvanın konstruktiv münasibətini görürük”

SİYASƏT

12 Mart 2021 14:55

Oxunma sayi: 588
Zaxarova:     “Bakı və İrəvanın konstruktiv münasibətini görürük”

“Baş nazirin müavinlərindən ibarət üçtərəfli işçi qrupunun (Rusiya, Azərbaycan, Ermənistan) fəaliyyəti çərçivəsində həm Bakının, həm də İrəvanın konstruktiv münasibətini görürük”. 

Azmedia.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə söyləyib.

M. Zaxarova üçtərəfli işçi qrupunin əsas vəzifəsinin regionun bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yüksək səviyyədə əldə olunan razılaşmaları həyata keçirməkdən ibarət olduğunu xatırladıb.

“Ümid edirik ki, müsbətə istiqamətlənmiş bu niyyət Azərbaycan və Ermənistan tərəfinin rəsmi açıqlamalarında və media məkanında da üstünlük təşkil edəcək”, - deyə M. Zaxarova vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!