“Zəfərlə qayıdacağıq” deyən 18 yaşlı şəhid FOTO

SİYASƏT

17 Dekabr 2020 18:54

Oxunma sayi: 950
“Zəfərlə qayıdacağıq” deyən 18 yaşlı şəhid   FOTO

Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük Vətən Müharibəsinin ən gənc qəhrəmanlarından biri Sadiq Bəkir oğlu Baxışovdur. 

 

O, 2001-ci il dekabr ayının 12-də Xaçmaz rayonu Çarxı kəndində anadan olub. 2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə fəal olan şəhidimiz Füzulinin alınmasında yaxından iştirak edib. Oktyabrın 28-də isə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə yüksəlib.

Anası Xuraman Baxışova kasıbçılıqla böyütdüyü övladını belə gənc yaşlarında itirsə də, qürurludur. Deyir, alnım açıqdır:

“Vətən üçün son damla qanına qədər döyüşən, xeyirli, qəhrəman övlad yetişdirdiyim üçün fəxr edirəm”.

Sonuncu dəfə ailəsi Sadiqlə oktyabrın 15-də telefonla danışıb. Harada olduğunu soruşsalar da, ailəsinin narahat olmaması üçün yerini deməyib. Bircə deyib ki, zəfərlə qayıdacağıq, Allaha əmanət olun.

Müharibənin ən qızğın yerlerində olan şəhidimizin anası deyir ki, ölümündən sonra bəzi qohum əqrəbaya, dostlarına mən şəhid olacağını dediyini eşidib.

Hərbi xidmət müddətində də seçilən əsgərlərdən olan Sadiq Baxışov Vətən Müharibəsində qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!