Zelenski: “2014 cü ildə Rusiya cəzalandırılsaydı...”

SİYASƏT

31 Mart 2022 12:37

Oxunma sayi: 299
Zelenski:  “2014   cü ildə Rusiya cəzalandırılsaydı...”

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Avstraliya parlamentariləri qarşısında çıxış edib. Videoformatda olan görüş zamanı dövlət başçısı bir neçə məsələyə toxunub.

İlk olaraq o bildirib ki, Rusiya 2014-cü ildə Ukraynaya hücum etdiyi üçün cəzalandırılsaydı, 2022-ci ildə genişmiqyaslı işğal olmayacaqdı.

“Dünya səhvləri düzəltməli və beynəlxalq təhlükəsizlik qaydalarına dəyişiklik etməlidir”, - deyə o bildirib.

Bundan başqa, Zelenski Moskvanın sanksiyalardan yan keçməyə qoymamaqla bağlı çağırış edib və Avstraliyanı Rusiyadan gələn mallara əlavə rüsumlar tətbiq etməyə səsləyib.

“Ukrayna döyüş meydanında lazım olan hər şeyə sahib olmalıdır”, - deyən dövlət başçısı Avstraliyanı bu məsələdə kömək etməyə çağırıb.

Zelenski həmçinin Avstraliyadan müharibədən sonra Ukraynanın Xerson kimi şəhərlərinin bərpasına qoşulmasını istəyib.

     

Mənbə: Seqodnya

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!