Zelenski 6 səfiri vəzifəsindən azad etdi

SİYASƏT

07 Aprel 2021 11:33

Oxunma sayi: 591
Zelenski 6 səfiri vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Vladimir Zelenski 6 səfiri və ölkənin BMT-dəki daimi nümayəndəsini vəzifəsindən azad edib.

Azmedia.Az xəbər verir ki, bununla bağlı müvafiq fərmanlar dövlət başçısının saytında dərc edilib.

Fərmanlara əsasən, fövqəladə və səlahiyyətli səfirlər - Yuriy Polurez (BƏƏ), Vsevolod Çentsov (Niderland), Nikolay Toçitskiy (Belçika), Viktor Nedopas (İraq), Andriy Beşta (Tayland), Vadim Vaxruşev (Səudiyyə Ərəbistanı) vəzifələrindən azad ediliblər.

Bundan əlavə, Yuriy Klimenko Ukraynanın BMT-dəki daimi nümayəndəsi vəzifəsindən azad olunub. Onun yerinə Yevgeniya Filipenko ölkənin BMT-də və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi təyin edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!