Zelenski azərbaycanlıları təltif edib

SİYASƏT

15 Yanvar 2022 08:18

Oxunma sayi: 289
Zelenski azərbaycanlıları təltif edib

Ukrayna Prezidenti Volodimir Zelenski 3 Azərbaycan vətəndaşını orden və medalla təltif edib.

Azmedia.Az bildirir ki, “Report”un Şərqi Avropa bürosunun Ukrayna Prezident Ofisinin mətbuat xidmətinə istinadən məlumatına görə, Zelenski bununla bağlı sərəncamı bu gün imzalayıb.

Sərəncama görə, Qasımov Mehralı Süleyman oğlu və Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” (“За заслуги”) ordeni, Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” (“За працю і звитягу”) medalı ilə təltif edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!