Zelenski Parisdə rəsmi səfərdədir

SİYASƏT

16 Aprel 2021 15:20

Oxunma sayi: 541
Zelenski Parisdə rəsmi səfərdədir

Ukrayna Prezidenti Vladimir Zelenski Fransada bir günlük rəsmi səfərdədir.

Azmedia.Az xəbər verir ki, bu barədə Fransanın Ukraynadakı səfiri İzabel Dumont açıqlama verib.

Ukrayna Prezidenti bir neçə saatdan sonra fransalı həmkarı Emmanuel Makronla görüşəcək. Daha sonra isə Almaniyanın Kansleri Angela Merkel görüşə videoəlaqə vasitəsilə qoşulacaq. Görüş zamanı Donbassdakı vəziyyət və Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında fəaliyyəti müzakirə olunacaq.

Qeyd edək ki, bu yaxınlarda Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Kleman Bon Ukraynanın Avropa İttifaqına üzv olmaq perspektivini qeyri-ciddi adlandırmışdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!