Zelenski: “Rusiya heç nəyə nail ola bilməyəcək”

SİYASƏT

26 Aprel 2022 14:17

Oxunma sayi: 382
Zelenski:  “Rusiya heç nəyə nail ola bilməyəcək”

“Rusiya Ukraynaya qarşı müharibədə heç nəyə nail olmayacaq”.

Bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“İki ay ərzində onlar minlərlə raketdən istifadə etdilər. Saysız-hesabsız aviasiya bombaları, artilleriya mərmiləri atılıb. Təcavüz etdilər, oğurladılar, güllələdilər. Bizim torpaqlarımızı minaladılar. Dinc şəhər və kəndlərimizi cəhənnəmə çevirdilər. Ukrayna şəhər və icmalarının bir hissəsini yerlə yeksan etdilər. Ancaq heç nəyə nail olmadılar, ola bilməyəcəklər”, - deyə V.Zelenski bildirib.

Mənbə: Unian.net

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!