Zəngəzurun Şurnux kəndi Azərbaycana qaytarıldı

SİYASƏT

03 Yanvar 2021 00:15

Oxunma sayi: 3285
Zəngəzurun Şurnux kəndi Azərbaycana qaytarıldı

Azərbaycan Ordusunun hərbçiləri Ermənistanın Sünik (Zəngəzur) vilayətindəki Şurnux kəndinin bir hissəsinə nəzarəti ələ alıblar.

 

Azmedia.Az "Sputnik Armeniya"ya istinadən bildirir ki, bunu kəndin icra nümayəndəsi Hakop Arşakyan deyib.

 

"Hər şeyi bitdi. Azərbaycanlılar, ruslar, sərhədçilərimiz gəldilər. Yanvarın 5-nədək son vaxt verdilər. Kəndin ortasında postlar qoyacaqlar", - H.Arşakyant deyib.

 

Kənddəki 12 ev Azərbaycanın nəzarətinlədir. Azərbaycanlı hərbçilər və rusiyalı sərhədçilər sabiq SSRİ Baş Qərargahını xəritəsinə istinad edirlər.

 

Şurnux kəndinin sözügedən hissəsi Ermənistan SSR-nin sabiq sərhədlərindən kənarda, Zəngilan rayonunu ərazisində yerləşir.

 

Azərbaycan suveren ərazisi üzərində nəzarəti bərpa edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!