11 min erməni geri qayıtdı – Bölgədə son durum

SİYASƏT

25 Noyabr 2020 23:17

Oxunma sayi: 650
11 min erməni geri qayıtdı –     Bölgədə son durum

Rusiya sülhməramlı kontingentinin bölmələri Dağlıq Qarabağ ərazisindəki atəşkəsə riayət olunmasını izləmək üçün tapşırıqları yerinə yetirməyə davam edir.


Azmedia.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib.


Rus sülhməramlıları tərəfindən vəziyyətin gecə-gündüz izlənməsi 23 müşahidə məntəqəsində aparılır: 12 “Cənub” məsuliyyət zonasında, 11 “Şimal” məsuliyyət zonasında.


Noyabrın 14-dən etibarən Rusiya sülhməramlıları on bir mindən çox erməninin Dağlıq Qarabağdakı əvvəlki yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etdilər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!