4 gün əvvəl rəhbər təyin olunan Abazyan infarkt keçirdi

SİYASƏT

12 Noyabr 2020 01:43

Oxunma sayi: 628
4 gün əvvəl rəhbər təyin olunan Abazyan     infarkt keçirdi

4 gün əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin olunan Armen Abazyan infarkt keçirib.

 

Azmedia.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb. Bildirilir ki, Abazyan xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, Armen Abazyan noyabrın 8-də MTX rəhbəri postuna gətirilib. O, bu postda Mikael Hambartsumyanı əvəz edib. Hambartsumyan baş nazir Nikol Paşinyanın Armen Sarkisyana təklifi əsasında vəzifəsindən göndərilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!