Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq: “Sizin ölümünüz heç nəyi dəyişməyəcək” VİDEO

SİYASƏT

16 Noyabr 2020 20:23

Oxunma sayi: 3884
Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq:     “Sizin ölümünüz heç nəyi dəyişməyəcək”   VİDEO

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin yayımladığı üçtərəfli bəyanata əsasən işğal altında olan Ağdam rayonundakı mövqelərini boşaltmaqdan imtina edən erməni silahlı qüvvələrinin bəzi qruplarına növbəti dəfə xəbərdarlıq edilib.

Azmedia.Az xəbər verir ki , bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Videodan görünür ki, ərazidə səsgücləndirici vasitəsilə ermənilərə xəbərdarlıq edilir ki, sakit şəkildə silahı yerə qoysunlar və ərazini tərk etsinlər.

Bildirilir ki, onların təslim olmaması və ölümü nəticəni dəyişməyəcək.

Sözügedən videonu təqdim edirik:

oxu.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!