Aprel döyüşlərindən Vətən Müharibəsinə: Qardaşlar düşmənin canına qorxu salıb VİDEO

SİYASƏT

20 Noyabr 2020 14:05

Oxunma sayi: 777
Aprel döyüşlərindən Vətən Müharibəsinə:     Qardaşlar düşmənin canına qorxu salıb   VİDEO

Qubanın Alpan kəndindən olan Cavad və Murad Babayev qardaşları torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə elə ilk gündən qoşulublar.

 

Baku TV xəbər verir ki, xüsusi təyinatlı qüvvələrin sırasında yer alan Cavad Babayev Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə yoldaşları ilə birlikdə düşmənin çox sayda canlı qüvvəsini və texnikalarını məhv edib.

Cavad Babayev düşmənin snayper gülləsinə tuş gələrək, ayağından yaralanıb. 

Onun sözlərinə görə, vətən yolunda hər şeyi gözə alıb:

“Şəhid də ola bilərdik, qazi də. Hamının məqsədi bir idi: torpaqlarımızı azad etmək, zəfər çalmaq”. 

C.Babayevin böyük qardaşı gizir Murad Babayev də onun kimi mərd və cəsurdur. Ordumuzun gücündən, əsgərlərimizin şücaətindən danışan qazimiz də düşmənə qan uddurmağı bacarıb. 

M.Babayev həm də Aprel döyüşlərində iştirak edib. Həmin döyüşlərdə də xəsarət alan qəhrəmanımız bu dəfə Füzuli uğrunda gedən döyüşlərdə yaralanıb. Yaxınlığında mərmi partlaması nəticəsində baş və ayaq nahiyəsindən qəlpə yaraları alıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!