Arsurun Ovannisyana hücum olub

SİYASƏT

17 Noyabr 2020 18:46

Oxunma sayi: 760
Arsurun Ovannisyana hücum olub

Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsurun Ovannisyana naməlum şəxslər hücum edib.

 

Azmedia.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ovannisyan feysbuk səhifəsində yazıb.

“Dünən axşam saatlarında iki nəfər mənə hücum etdi. Özümü müdafiə edə bildim”, - keçmiş sözçü yazıb.

O, hədələndiyini və izləndiyini də bildirib.

Qeyd edək ki, Ovannisyan 44 günlük döyüşlərin gedişi barədə axşam saatlarında birbaşa efirdə rəsmi məlumatları çatdırıb. Ermənistanın məğlubiyyətindən sonra istefa verib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!