Atatürkün Naxçıvanla sərhəd yaradılmasına verdiyi önəm... TBMM sədri

SİYASƏT

29 Noyabr 2020 09:30

Oxunma sayi: 622
Atatürkün Naxçıvanla sərhəd yaradılmasına verdiyi önəm...   TBMM sədri

Qardaş Azərbaycan Qarabağı qətiyyətli bir hərbi zəfərlə geri alandan sonra Türkiyə ilə Orta Asiyada yaşayan qardaşlarımız arasında birbaşa dəmir və avtomobil yolları ilə əlaqə qurulması üçün şanslar yaranıb. Cümhuriyyətimizin banisi qazi Mustafa Kamal Atatürkün Naxçıvanla sərhəd yaradılmasına verdiyi önəm və sərhəd qapısını açıq tutmaq üçün göstərdiyi səylər illər sonra öz səmərəsini verib.


Azmedia.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Təkirdağ-Hayrabolu avtomagistralının Kandamış hissəsinin açılış mərasimindəki çıxışında deyib.


"Azərbaycanın öz torpaqlarına qovuşmasının, eləcə də Türkiyənin yol-infrastrukturuna böyük məbləğdə sərmayə yatırmasının əhəmiyyətindən danışan parlamentin sədri Mustafa Şentop bildirib: “Ölkə olaraq qovuşmaq anlayışının sevincini yaşayırıq. Tarixi İpək Yolunu birlikdə canlandıracağıq. Orta Asiyada yaşayan qardaşlarımızla da iqtisadi, mədəni, siyasi və hərbi əlaqələrimiz genişlənəcək. Ölkəmizdə həyata keçirdiyimiz infrastruktur sərmayələrini və bu sahədəki təcrübəmizi Orta Asiyaya da daşıyacağıq.”

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!