Aysudan qalan boş yelləncək, bir tək başmaq tayı və yarımçıq arzular... VİDEOREPORTAJ

SİYASƏT

28 Oktyabr 2020 16:12

Oxunma sayi: 748
Aysudan qalan boş yelləncək, bir tək başmaq tayı və yarımçıq arzular...   VİDEOREPORTAJ

Dünən Erməni silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndinə raket hücumu zamanı həlak olan yeddi yaşlı Aysu İsgəndərova həyətdə oynayırmış.

 

AzTV-nin hadisə yerində olan müxbiri bildirib ki, raket düşən vaxt uşaq yelləncəkdə yellənib.

Onun yaralanan iki yaşlı bacısı isə A.İsgəndərovanın yaxınlığında olub. 

Həlak olan Aysudan geriyə qalan boş yelləncək, bir tək başmaq tayı və yarımçıq arzular oldu.

Qeyd edək ki, o dünən saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə, rayonun Qarayusifli kəndində dörd mülki şəxs həyatını itirib, 14 nəfər ağır şəkildə yaralanıb.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!